İctimai Nəzarət seçki müşahidəçiləri ilə… – Video

0
806

Bu gün İctimai Nəzarət Koalisiyasının Mərkəzi Qərərgahının QHT evində Milli Məclisin seçkilərinə respublika, dairə və məntəqə üzrə müşahidəçi kimi rəsmi surətdə qeydiyyatdan keçmiş müşahidəçilər üçün təlim-təsviqat tədbiri keçirilmişdir.

Birinci Seçki Forumu çərçivəsində həyata keçirilən bu tədbirdə İNK üzvləri, ictimai fəallar, KİV nümayəndələri də iştirak edirdilər.

Respublikamızın Milli Məclisinə seçkilər günündə müçahidəçilərin ictimai nəzarətin yaradılmasına tövhə vermək məqsədi daşıyan “Müşahidəçilər üçün təlimat” toplusunda nəzərdə tutulmuş qayda və təlimatlarla  məlumatlandırılması məqsədi daşıyan bu toplantı İNK rəhbərliyi, deputatlığa namizədlər və iştirakçıların bir çoxunun coşqun çıxışları ilə müşayiət olundu.

İNK-nın sədri, DAMM-ın I vitse-prezidenti, SİMİB rəhbəri, respublikamızın ictimai xadimi Rasim Məmmədov yeni parlamentdə ölkəmizin layiqli nümayəndələrinin təmsil olunacağına inamını bildirməklə yanaşı, mövcud sosial-iqtisadi, mədəni-ictimai, hüquq-muhafizə orqanlarındakı problemlərin aradan qaldırılmasının və qanunların müdafiəsi ilə əlaqədar səlahiyyətli və cavabdeh şəxslərin fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsinin vacibliyini də qeyd etmişdir.

R.Məmmədov eyni zamanda bildirmişdir:

“Dünyaya sivil seçkinin keçirilməsi nümunəsini nümayiş etdirmək seçicilərlə yanaşı müşahidəçilərin fəallığından və diqqətindən də çox asılıdır.

Hər zamn olduğu ki, seçki günü də ictimai nəzarətin vacibliyini və əhəmiyyətini unutmamalıyıq. Hər birimiz ictimai nəzarəti vətəndaşlıq borcu hesab etməliyik.

Dövlətin gücü ölkə vətəndaşlarının fəallığından asılıdır. Bunu unutmayaq. Cinayətkarlardan, rüşvətxorlardan, köhnə təfəkkürlərdən yaxa qurtarmaq öz əlimizdədir”.

İNK baş katibi, YYSİB-in sədri Aydın xan Əbilov, İNK-nın üzvləri arasında deputatlığa namizəd olan Aqil Tağıyev, Ləman Cəfərzadə, İNK-nın Qaçqın və Köçkünlərin işi üzrə Departamentinin sədr müavini Həmdulla Şixəliyev, eləcə də İNK-nı seçkilərdə müşahidəçi qismində təmsil edəcək bir çox şəxslər tədbirə toplaşanlara gündəmdəki məsələ ilə əlaqədar öz fikirlərini, məqsədlərini və arzularını çatdırmışlar.

“ictimaixeber.az”