İctimai Nəzarət Koalisiyasında yeni təyinat

0
689

Bu gün İctimai Nəzarət Koalisiyasının sədri, DAMM-ın 1-ci vitse-prezidenti, SİMİB rəhbəri Rasim Məmmədov INK-nın Goranboy və Xocalı rayonları üzrə nümayəndiliyinə yeni sədr təyin etmişdir. İNK-nın Goranboy və Xocalı rayonları üzrə nümayəndəliyinin yeni sədri 1992-ci il fevralın 25-indən 26-na keçən gecə baş vermiş Xocalı soyrqımının 8 yaşlı şahidi Aynurə Abışovadır. A. Abışova həmin gecə şəhid olmuş Eyvaz Abışovun qızıdır.İNK-nın rəhbərliyi və əməkdaşları Aynurə Abışovaya yeni vəzifəsində uğurlar diləmişlər.

Onu da qeyd edək ki, Aynurə Abışova Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin və Xocalı Rayon Təşkilatının ictimai-siyasi həyatının fəal iştirakçısıdır.

ictimaixeber.az”