Fəzail Ağamalı İNK-da -video

0
804

 

Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı İctimai Nəzarət Koalisiyasının qonağı olmuşdur.
Fəzail Ağamalı İNK-nın sədri, DAMM-nin I vitse-prezidenti, SİMİB-nin rəhbəri Rasim Məmmədovla görüş zamanı İNK-nın Qərargah rəisi Anar İsmayılovun suallarını cavablandırmışdır. F.Ağamalı vətəndaş dövlət münasibətlərinin müsbət yöndə formalaşmasında, qanunlara və millətə xidmətin səviyyəsinin müəyyənləşməsində ictimai nəzarətin yüksək rolu olduğunu qeyd etmişdir.
“Olduqca ciddi, əhəmiyyətli bir missiyanı həyata keçirməkdə olan İctimai Nəzarət Koalisiyasının fəaliyyəti tam məsuliyyətlə və səmimi şəkildə deməyə imkan verir ki, müxtəlif yüksək səviyyəli orqanlarda ictimai nəzarətin işi yüksək qiymətləndirilir”.
Fəzail Ağamalının bu və digər fikirləri əhatə edən maraqlı söhbətini oxuculara təqdim edirik.

“ictimaixeber.az”
İNK.TV