İctimai Nəzarət Koalisiyasının əsgərlərə sovqatı

0
574

 

Erməni təcavüzkarlarının ölkəmizdən çıxarılması uğrunda rəşadətlə mübarizə aparan Azərbaycan Ordusunun ön xətt bölmələrinə müxtəlif növ yardımların edilməsi davam edir.
Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunması ilə bağlı məlumatları xalqın əsgərlərə yardım arzusunun qarşısını ala bilməmişdir.
Müdafiə Nazirliyi bu sahədə fəaliyyətin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi, yardımın planlı şəkildə hərbi hissələrə çatdırılması məqsədilə xüsusi tədbirlər görmüşdür. Silahlı Qüvvələrə Yardım Fondu yaradılmışdır.
Dünən İctimai Nəzarət Koalisiyasının rəhbər heyəti və əməkdaşları da əsgərlərə yardım arzusunu həyata keçirmişdir.
11570 azn məbləğində sovqata 10 ədəd generator, 406 ədəd çəkmə, 1400 qutu siqaret, 1765 azn dəyərində tibbi ləvazimat, 287 ədəd isti alt geyimləri, 300 ədəd isti adyal, şirniyyat və digər lazımi ləvazimat daxil idi.
Sovqatlar Horadiz və Ağdam istiqamətində döyüşən əsgərlərə təhvil verilmişdir.
Onu da qeyd edək ki, ön cəbhəyə gedən İNK üzvləri arasında Şəhid Milli qəhrəman anaları da var idi. Gözəl Xasıyeva və Tərlan Xəlilova əsgərlərə göz yaşları ilə hazırladıqları sovqatları və məktubu çatdırmışlar.
İNK sədri, DAMM-nin I vitse-prezidenti, SİMİB rəhbəri Rasim Məmmədov bu sovqatların əsgərlərə təşkilatın ilk və son yardımının olmadığını və İNK-nın Gənclər Təşkilatının dəstəyi ilə həyata keçirildiyini bildirmişdir.