İctimai Nəzarət Koalisiyasının sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri Rasim Məmmədov İNK-nın Xəzər rayon nümayəndəliyinə sədr təyin etmişdir.
İNK-nın Xəzər rayon nümayəndəliyinin yeni sədri Ceyhun Haşımov bu vəzifəyə Buzovna qəsəbəsində İNK-nın sədrliyi müddətində həyata keçirdiyi sosial ictimai tədbirlərin, rayon əhalisi, eləcə də, İNK rəhbərliyi və üzvlərin yüksək razılığı sayəsində nail olmuşdur. Ceyhun Haşımov Xəzər rayonunda İctimai Nəzarətin həyata keçirilməsində və rayon əhalisini narahat edən problemlərin həllində əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.
“ictimaixeber.az”