İctimai Nəzarət Koalisiyasında təşkilatı islahatlar genişlənir

0
595

İNK Tovuza Regional Nümayəndəliyi, eyni zamanda Tovuz və Ağstafa rayon şöbələri yenidən foralaşdırıldı, rəhbərləri, müavinləri təyin edildi.24 may 2021-ci il tarixində İNK Mərkəzi Qərargahında İctimai Nəzarət Koalisiyasının İdarə Heyətinin toplantısı keçirilib. Genişləndirilmiş yığıncaqda İNK rəhbər üzvərinin Qərb bölgəsinə səfəri ilə bağlı məlumatlar dinlənilib, bu bölgə ilə bağlı yeni təşkilati qərarlar qəbul edilib.Toplantıda çıxış edən İNK İH-nin rəhbəri, Sabitlik və İnkişaf Mərkəzinin sədri, DAMMİB I vitse-prezidenti, ictimai xadim Rasim Məmmədov, eyni zamanda sıralarında 115 təsisatı birləşdirən İctimai Nəzarət Koalisiyasının Şəhid Anaları və Milli Qəhrəman Ailələri Komitəsinin başçısı, şəhid Milli Qəhrəman Samir Xasıyevin anası Gözəl Xasıyeva Tovuz rayonuna işgüzar səfər zamanı görüşlər haqqında geniş məlumatı iclas iştirakçıları ilə bölüşüblər.İNK İH-nin rəhbəri, Sabitlik və İnkişaf Mərkəzinin sədri, DAMMİB I vitse-prezidenti, ictimai xadim Rasim Məmmədovun təqdimatı ilə sıralarında 115 təsisatı birləşdirən İctimai Nəzarət Koalisiyasının Şəhid Anaları və Milli Qəhrəman Ailələri Komitəsinin başçısı Gözəl xanım Xasıyeva İNK İH sədrinin müavini vəzifəsinə təyinatı təsdiqlənib.Bildirilib ki, son vaxtlar İctimai Nəzarət Kolaisiyasına, eləcə də DAMMİB və SİMİB-yə ölkəmizin müxtəlif bölgələrindən, xüsusən Tovuz və Ağstafa rayonlarından üzvlük və fəxi üzvlüklə bağlı müraciətlərin sayı durmadan artır. Bunu nəzərə alan İNK rəhbərliyi qəbulla bağlı təşkilatdaxili ciddi reqlamenti nəzərə alaraq, yerlərdə vətəndaşların müraciətlərini dinləmək üçün vaxtaşırı müxtəlif rayonlarda səfərlərdə olurlar.İctimai Nəzarət Koalisiyasının Şəhid Anaları və Milli Qəhrəman Ailələri Komitəsinin sədri, şəhid Milli Qəhrəman Samir Xasıyevin anası Gözəl Xasıyeva həm də qurumun Tovuz rayon şöbəsinə rəhbərlik edirdi. Rasim Məmmədovun təklifi ilə Gözəl Xasıyevaya yenidən formalaşdırılan, Tovuz, Qazax və Ağstafa rayon/şəhərləri əhatə edən İNK Tovuz-Qərb Regional Nümayəndəliyinin sədri vəzifəsi həvalə edilib. İNK Ağstafa Regional Nümayəndəliyi ləğv edilərək əvəzinə İNK Tovuz-Qərb Regional Nümayəndəliyinin yaradılması məqsədəuyğun sayılıb.Rasim Məmmədov İH üzvlərinə təşkilatda aparılan yenilənmə və islahatlar haqqında məlumat catdirib, uzun hazırlıqdan sonra bu yaxınlarda qurduqları yeni mərkəz – İNK Təskilatdaxili Audit və Akkreditasiya Mərkəzi haqqında geniş məlumat verib.G.Xasıyeva Tovuz ictimaiyyətinin nümayəndələrinə yeni mərkəzin yaradılmasını yüksək dəyərləndirdiyini bildirmiş, 5 ildən artıq geniş profilli fəaliyyətləri ilə ölkədə tanınan və nüfuz qazanan, böyük ictimai hərəkat kimi qəbul edilən İNK – SİMİB və DAMMİB-nin fəaliyyətini ardıcıl izlədiklərnə, aparılan yüksəksəviyyəli işləri dəyərləndirdiklərinə görə yeni üzvlərə təşəkkürünü çatdırıb.Sədrin başqa təqdimatları ilə İNK Ağstafa Rayon Şöbəsinin rəhbərliyinə yeni şəxslər təyin edilib: tanınmış tibb xadimi Rəna Abbasova sədr, Əkbər Abbasov sədr müavini təyin edilib. Eyni zamanda Rasim Məmmədovun təqdimatı ilə İNK Tovuz Rayon Şöbəsinin rəhbərliyinə də yeni şəxslər təyin edilib: Elgün Abdullayev sədr, İlqar Xasıyev sədr müavini təyin edilib.İdarə Heyətinin üzvləri bütün təyinatlara müsbət cavab veriblər, təyinatlar səsvermə yolu ilə yekdilliklə təyin ediliblər.İNK sədri Rasim Məmmədov toplantıya qatıldıqlarına və fəal iştirak etdiklərinə görə İH-nin üzvlərinə minnətdarlığını çatdırıb, İctimai Nəzarət Koalisiyası Ailəsinin nümunəvi üzvlərinə sayğısını bildirib.

İNK – DAMMİB və SİMİB Mətbuat Xidməti