İctimai Nəzarət Koalisiyası Tərtər rayonunda

0
778

Tərtər Rayon İcra başçısı Müstəqim Məmmədov İNK sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri, ictimai xadim Rasim Məmmədov, eləcə də İNK Tərtər rayon nümayəndəliyinin sədri Nəcmiyyə Zeynalzadəni qəbul etmişdir. İNK sədrinin Tərtərt, Bərdə, Yevlax rayonlarına olan işgüzar səfəri çərçivəsində baş tutan görüş zamanı rayonun ictimai-sosial həyatı haqqında fikir mübadiləsi aparılmış, İctimai Nəzarət Koalisiyasının fəaliyəti yüksək dəyərləndirilmişdir.