İctimai Nəzarət haqda hər kəs bilməlidir…

0
446

Azərbaycan prezidenti İlham Əliyevin 5 il öncədən bu günə qədər sosial-ictimai problemlərin həlli istiqamətində ictimai nəzarətin gücləndirilməsi ilə bağlı tövsiyələrinə və həmin dövrdən fəaliyyət göstərən İctimai Nəzarət Koalisiyasının çoxşaxəli səmərəli tədbirlər həyata keçirməsinə baxmayaraq, təəssüf ki, Azərbaycan vətəndaşları arasında ictimai nəzarət anlayışını dərk etməyən insanlar da var. Halbuki İctimai Nəzarət anlayışının bəsit bir açıqlaması var. Hər bir vətəndaş ətrafında baş verən hadisələri görməyə çalışmalıdır, yaxşı əməllər də, qanunsuzluqlar barədə də öz fikrini bildirməli və məlumat verməlidir.
İctimai Nəzarət Koalisiyası məhz bu işdə vətəndaşlarımıza yardım məqsədi ilə yaradılıb.
Ətrafımızda baş verən xoşagəlməz hallar barədə prezidentimizin məlumatlandırılması ilə yanaşı, öz imkanları çərçivəsində bu halların aradan qaldırılması ictimai Nəzarət Koalisiyasının konsepsiyasının əsas amilidir.
Bu günə qədər İNK-nın həyata keçirdiyi bütün müvafiq tədbirlər və tövsiyələr ictimaiyyətə sosial şəbəkələr və insanlarla görüşlərdə çatdırılmışdır.
İNK Vətəndaş Cəmiyyəti Platforması kimi mövcud durumun qənaətbəxş olmadığını nəzərə alaraq xüsusi tədbirlər planı hazırlayır.
Bu barədə tezliklə ictimaiyyətə məlumat veriləcək.

İNK mətbuat və informasiya xidməti