İctimai Nəzarət bütün canlıların müdafiəsində – Video

0
659

Bu gün Sumqayıt şəhərinin Heydər Əliyev Mərkəzində İctimai Nəzarət Koalisiyasının “Yaşıl Patrul”-Ekoloji İctimai Nəzarət layihəsi çərçivəsində Azərbaycan Respublikasının Konstitusiya gününə həsr olunmuş ictimai təbliğat tədbiri keçirilmişdir.

Sumqayıt şəhərinin 70 illik yubiley tədbirləri çərçivəsinə daxil olan bu tədbirdə dövlət quruculuğunun əsasının qoyulduğu günlə bağlı ümumxalq sevincini əks etdirən çıxışlar dinlənilmişdir.

DAMM-ın I vitse –prezidenti, İNK-nın sədri, SİMİB-in rəhbəri Rasim Məmmədovun və Sumqayıt şəhərinin rəhbər nümayəndələrinin çıxışları bu tədbirə toplaşan ölkənin bir sıra başqa şəhərlərinin də sakinləri və ictimaiyyət nümayəndələri tərəfindən rəğbətlə qarşılanmışdır.

R.Məmmədov Ekoloji İctimai Nəzarətin insanşünaslıq elminin əsasını qoyduğunu bəyan etmişdir.

“ictimaixeber.az”