İctimai Nəzarət Adıgey Respublikasında

0
889

Rusiya və Abxaziyanın inkişaf strategiyasında Abxaz-Adıgey dili mövzusunda Adıgey-Abxaz tarixi, Şimali Qafqaz xalqlarının dili və ənənələri Rusiya-Qafqaz ictimai layihələri forumu keçirilmişdir.

Noyabrın 8-9-da Maykop şəhərində keçirilən forumda respublikamızı təmsil edən İctimai Nəzarət Koalisiyasının sədri, DAMM-ın 1-ci vitse-prezidenti, SİMİB-in rəhbəri Rasim Məmmədov ölkəmizin mövcud demokratik ənənələrinin inkişafı və birgə ictimai inkişaf strategiyalarının əhəmiyyəti ilə bağlı geniş məruzə ilə çıxış etmişdir.

“Qafqaz-Rusiya təşəbbüsləri” ictimai layihəsinin beynəlxalq forumunda Rusiya ilə yaxın xarici ölkələrin inkişaf subyektləri strategiyasının Abxaz-Adıgey dili kontekstində məruzələr də dinlənilmişdir.

Onu da qeyd edək ki, R.Məmmədov Çərkəz, Maykop, Mineralnıye Vodı, Krasnodar və Pyatiqorsk şəhərlərində Azərbaycan vətəndaşları, iş adamları, ictimaiyyət və diaspor nüməyəndələri ilə görüşlər keçirmişdir.

Eyni zamanda həmin şəhərlərdə İctimai Nəzarət Koalisiyasının dayaq nöqtələri -nümayəndəliklərinin əsası qoyulmuşdur.


ictimaixeber.az”