İcra başçısından sərt karantin dövründə oğluna toy etməsi ilə bağlı AÇIQLAMA

0
558

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev oğlu Turalın ölkədəki pandemiya şəraitində toy mərasimi təşkil etməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

O, bu barədə  açıqlama verib.

“Bəzi sosial şəbəkələrdə qəsdən guya oğlum Turala toy mərasimi keçirməyimlə bağlı gedən yazılarla əlaqədar bildirirəm ki, həqiqətən, övladım bir il bundan əvvəl nişanlanmışdı.

Pandemiya ilə əlaqədar real vəziyyəti nəzərə alaraq, hər iki ailənin və gənclərin öz razılığı ilə gənclər nikahlarını rəsmiləşdiriblər”, – deyə V.İsayev bildirib.

İcra başçısı qeyd edib ki, heç bir mərasim, hətta ailə mərasimi belə keçirilməyib:

“Yazılanlar real vəziyyəti əks etdirmir. Bu addımın gələcəkdə toy etmək istəyən gənclərə nümunəvi addım olacağını düşünürük”.