İcra başçısı “Sovetski” sakinlərinə veriləcək kompensasiyadan DANIŞDI

0
192

2014-2019-cu illərdə Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidən 6 mindən çox ailə köçürülüb.

Bunu açıqlamasında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov deyib.

Elşad Həsənov bildirib ki, birinci və ikinci mərhələdə köçürülən ailələrə müvafiq qaydada kompensasiyaların ödənilməsi təmin edilib.

Elşad Həsənovun sözlərinə görə, 2019-cu ildən “Sovetski”dən ailələrin köçürülmə prosesi müəyyən səbəblərə görə dayandırılıb. Həmin ərazidə tikilmiş Mərkəzi parkda isə tikinti işləri davam etdirilir və yaxın vaxtlarda növbəti hissəsinin açılışı gözlənilir.

“Sovetski”də köçürülmə işlərinin üçüncü mərhələsinə gəlincə, icra başçısı qeyd edib ki, bir sıra məsələlər araşdırıldıqdan sonra növbəti mərhələyə başlanılacaq.

“Üçüncü mərhələdə ailələrə veriləcək kompensasiya isə bazar qiymətlərinə uyğun olaraq müəyyən ediləcək və bu ailələrlə razılaşdırılacaq”, – deyə icra başçısı əlavə edib.