Ağstafa Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.
Bununla bağlı RİH-nin başçısı Seymur Orucov əmr imzalayıb.
Əmrə əsasən, İlqar Hacıyev Ağstafa RİH-nin başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, o, bu təyinatadək kadrlar şöbəsində çalışıb.