İcra başçısı dörd vəzifəli şəxsi işdən çıxardı

0
447

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı dörd vəzifəli şəxsi işdən çıxarıb.

İcra başçısı Asif Ağayevin əmri ilə müavini – iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Qələndərov Məhəmməd Cavad oğlu, digər müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mirzəyeva Aytən Hidayət qızı, Böyük məsləhətçi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Heydərov Elnur Eldar oğlu, İnformasiya təminatı və Təhlili sektorunun müdiri Allahverdiyev Kənan Rüstəm oğlu tutduqları vəzifəsindən azad ediliblər.

Hələlik Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının  müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyinat yoxdur.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı A.Əsgərovun digər əmri ilə Məmmədova Yeganə Kərəm qızı Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Məmmədov Tofiq Canbaxış oğlu Böyük məsləhətçi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi, keçmiş İnformasiya təminatı və Təhlili sektorunun müdiri Allahverdiyev Kənan Rüstəm oğlu isə həmin şöbədə məsləhətçi təyin ediliblər.

Xəbəri Beyləqan Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.