İçməli su problemi Bilgəhdən də yan keçmədi – VİDEO

0
352

Sabunçu rayonu Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsində yaşayan sakinlər illərdir ki, içməli suya həsrətdirlər.

Burada yaşayanlar hazırda istifadə etdikləri suyu şəxsi vəsaitləri hesabına alırlar.

Havaların gündən-günə istiləşməsi və virus təhlükəsinə görə tez-tez yuyunmaq ehtiyacı sakinlərin suya olan tələbatını bir neçə dəfə artırıb. Bu da, öz növbəsində, onların şəxsi büdcəsinə xeyli zərər vurur.

Məsələ ilə bağlı “Azərsu” ASC-dən bildirdilər ki, Bakıətrafı qəsəbələrdə hələ də mərkəzləşmiş içməli su şəbəkəsi qurulmayıb. Lakin gələcəkdə bütün qəsəbə və yaşayış massivlərində su şəbəkəsinin qurulması nəzərdə tutulur.

Ətraflı reportajı təqdim edirik: