İcbari tibbi sığorta haqqını ödəməyənlər həbs ediləcək – QANUN

0
349
İcbari tibbi sığorta haqqını ödəməyənlər həbs ediləcək - QANUN

İcbari tibbi sığorta haqqını ödəməyənlər məsuliyyətə cəld ediləcək.

Bununla bağlı məsələ Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişiklikdə icbari tibbi sığorta haqlarını ödəməkdən yayınmanın cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif edilir.