İçərişəhərdə partlayış: Xəsarət alanlar var

0
572

Bakıda qaz sızmasından partlayış baş verib.

Hadisə bir neçə dəqiqə öncə İçərişəhərdə baş verib.

İlyas Əfəndiyev 10 ünvanında yerləşən yaşayış binasında baş verən qaz sızması nəticəsində yaranan partlayışda beş nəfər xəsarət alıb.

Yanıq xəsarətləri alanlardan ikisi yeniyetmə, biri isə yaşlı kişidir.

Xəstəxanadan saytımıza verilən məlumata görə, xəstələrin vəziyyəti orta-ağırdır.

Həmçinin, qeyd edilib ki, bir nəfərə hadisə yerində yardım edilib.

İçərişəhər Qoruğundan saytımıza verilən məlumatda bildirilib ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyin əməkdaşları cəlb edilib. Partlayışın səbəbi bilinmir.