İtaliyanın “Milan” klubunun heyətində çıxış edən Zlatan İbrahimoviçin və Leonardo Duartenin növbəti koronavirus testinin cavabları bəlli olub.Hər iki oyunçunun COVID-19 testi müsbət nəticələnib.
Qeyd edək ki, “Milan” 17 oktyabrda A Seriyasının növbəti turunda “İnter”lə qarşılaşacaq.
Ehtimal edilir ki, 39 yaşlı isveçli hücumçu bu oyunda iştirak edə bilməyəcək.