“Metronun açılması məsələsi hər zaman gündəmdədir və hazırda bu məsələ müzakirə olunur”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, mayın 11-dək koronavirusa yoluxma tendensiyasının pozitiv və ya neqativ olmasından asılı olaraq, bu barədə qərar qəbul ediləcək.