
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalınla Fransa prezidentinin müşaviri Emmanuel Bonne arasında telefon danışığı baş tutub.
Tərəflər telefon danışığı zamanı ikitərəfli münasibətlər, Türkiyə-Avropa İttifaqı əlaqələri, Şərqi Aralıq dənizi, Dağlıq Qarabağ, Suriya və Liviya məsələlərini müzakirə edib.