I Respublika Seçki Forumu ictimaiyyəti fəallığa səslədi

0
631

Bu gün İctimai Nəzarət Koalisiyasının QHT evində  I Respublika Seçki Forumu öz işinə başladı.

Azərbaycan Respublikasının  VI çağırış Milli Məclisə növbədənkənar seçki ilə bağlı müzakirələrə həsr olunan Forumda ictimaiyyətin müxtəlif peşə və vəzifə sahibi olan nümayəndələri iştirak edirdilər.

İNK-nin sədri, DAMM-ın I vitse-prezidenti, SİMİB-ın rəhbəri Rasim Məmmədovun və İNK-nın məsul katibi, YYSİB-nin sədri, İNK-nın Monitorinq Seçki Komitəsinin  rəhbəri Aydınxan Əbilovun geniş ictimaiyyətə müraciəti ilə müzakirələrə başlayan Forumda BDU-nun İslamşünaslıq Elmi Tədris Mərkəzinin rəhbəri, professor Əsədulla Qurbanov, İNK Şəhid Ailələri və Şəhid Milli Qəhrəman Anaları Komitəsinin sədri Gözəl Xasiyeva, İNK-nin Ekspertlər Şurasının sədri Rövşən Vəliyev, İNK üzvləri sıralarından MM-ə deputatlığa namizədlər Murad Hüseynov Ləman Cəfərzadə, Xatirə Rəhimli və digərlərinin çıxışları dinlənilmişdir.

Birinci Respublika Forumuna Beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri, müxtəlif QHT-lərin sədrləri də qoşulmuşdu.

R.Məmmədov Ümummilli lider Heydər Əliyevin ideoloji təməlləri üzərində, Prezident İlham Əliyev və I Vitse-Prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında aparılan ictimai-siyasi, iqtisadi-sosial, mədəni-dövlətçilik islahatlarını yüksək qiymətləndirərək deputatlığa namizədlər, müşahidəçilər, QHT sədrləri, ictimai aktivistlər, media nümayəndələri, elektron KİV əməkdaşları, TV-lər və bloqqerlərə Forumun işinə qoşulduqlarına görə xüsusi təşəkkürlərini bildirdi…

Tədbirdə ölkə prezidentinin sərəncamı ilə respublikamızda keçiriləcək növbədənkənar parlament seçkilərində layiqli deputatların seçilməsi istiqamətində aparılan işlərin əhəmiyyəti, eyni zamanda namizədlərin seçilməsi ilə bağlı fəaliyyət proqramının həyata keçirilməsində ortaya çıxan problemlər və narazılıqlarla bağlı fikir mübadiləsi aparılmışdır.

Forumda Milli Məclisin deputatları ilə birgə Mərkəzi Seçki Komissiyasının buraxılmasının da vacib bir məsələ olduğu qeyd olunmuşdur.

Seçki Forumu Respublika Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyasının Milli Məclisə seçkilərin nəticələrini təsdiq edənə qədər davam edəcək.

“ictimaixeber.az”