“Universitetlərə qəbul üçün ixtisas seçiminə buraxılan 44 767 abituriyentdən 23 300 nəfər seçimini edib”.
Bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi ilə əlaqədar “Facebook”da canlı yayım zamanı deyib.
O qeyd edib ki, son 10 ildir I ixtisas qrupuna sənəd verənlər çoxalıb:
“I qrupda informasiya texnologiyalarına seçim və istəklər artıb”.