Hüquqşünas: “Hərbi qulluqçuların və ailə üzvlərinin sosial təminatı qanunla qorunur”

0
444


“Hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial təminatı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən qorunur. Müvafiq olaraq, “Hərbi qulluqçuların statusu haqqında” qanunun 21-ci maddəsinin tələbinə görə, hərbi qulluqçu ailələrinin sosial müdafiə hüququ var. Onların güzəştləri sosial-iqtisadi və mədəni həyat fəaliyyətinin müxtəlif sahələrinə aiddir. Buraya əmək üzrə, təhsil, sosial sığorta, maliyyə, mənzil və səhiyyə sahəsindəki güzəştlər aid edilir”.
Bunu hüquqşünas Mehman Muradlı hərbi qulluqçuların və onların ailə üzvlərinin hüquqlarını şərh edərkən deyib.
Hüquqşünas bildirib ki, onlar üçün nəzərdə tutulmuş sosial-iqtisadi və mədəni həyat fəaliyyətlərinə aid güzəştlər var:
“Ailə başçısının xidmət etdiyi bölmənin yerləşdiyi yaşayış məntəqələrində hərbi qulluqçuların ailə üzvlərini işə düzəltmək imkanı yoxdursa, hərbi rəhbərliyin vəsatəti orqanları ilə yerli icra hakimiyyəti tərəfindən kiçik müəssisələr, filiallar, sexlər, sahələr (istehsalatlar) təşkil edilir. Hərbi qulluqçuların xanımları müraciət etdiyi vaxtdan ən geci bir ay keçənədək onların işə düzəldilməsi üçün tədbirlər görülür, yəni bir aydan gec olmayaraq onlar işlə təmin edilməlidir”.
Mehman Muradlı hansı halda hərbi qulluqçu xanımlarına (ərlərinə) müstəqil işə düzəlmək hüququ verildiyi haqqında da danışıb:
“Müvəqqəti əmək qabiliyyəti olmadığına görə hərbi qulluqçuların xanımlarına iş stajından asılı olmayaraq aldığı qazanc məbləğində müavinətlər ödənilir. Ali və orta ixtisas məktəblərini bitirmiş hərbi qulluqçu xanımlarının (ərlərinin) öz ərinin (xanımının) xidmət yerinə göndərilməsi, imkan olmadıqda isə (yaxud özləri istəsələr) ononlara müstəqil surətdə işə düzəlmək hüququ verilir”.