Hulusi Akar: “Türkiyə terrorla mübarizədə tək qaldı”

0
370

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar terrorla mübarizədə NATO müttəfiqlərinin onlara dəstək olmadığını deyib.

Bu barədə o Dəniz Təhlükəsizliyi Mükəmməliyyət Komandanlığının açılış mərasimində çıxışı zamanı bildirib.

“NATO müttəfiqlərimiz dünyanın bir çox bölgəsində terror təşkilatlarına qarşı qərarlılıqla mübarizə aparsalar da, təəssüf ki, PKK/YPG terror təşkilatına qarşı eyni qərarlı mövqe göstərməyiblər”, – deyə Akar qeyd edib.

Türkiyəli nazir ölkəsinin NATO-da ən çox yükü çiyinlərinə alan üzv olduğunu vurğulayıb:

“Türkiyə müttəfiqlərinə milli təhlükəsizlik və regional sabitliyi təhdid edən PKK/YPG və İŞİD terror təşkilatının Suriyanın şimalındakı hərəkətlərinə qarşı birlikdə mübarizə aparmaq üçün çoxsaylı çağırışlar etdi. NATO müttəfiqlərimizə Suriyada təhlükəsiz bir zona yaratmağı dəfələrlə təklif etdik və birlikdə bəzi planlar barədə razılığa gəldik. Ancaq bu razılaşmalar yerinə yetirilmədi və Türkiyə terrorla mübarizədə tək qaldı”.