Türkiyənin Müdafiə Naziri Hulusi Akar Uludağ Universitetində keçirilən “Böhranda Müdafiə və Təhlükəsizlik” mövzusunda konfransa qatılıb.
Nazir ilk öncə hazırda İraqın Şimalında aparılan “Pəncə Qıfıl” antiterror əməliyyatının gedişi barədə məlumat verib.
Akar çıxışında Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq məsələlərinə də toxunub. O, bildirib ki, iki ölkə arasındakı hərbi-texniki sahədəki işbirliyi bundan sonra da davam edəcək.
Mənbə: TRT