Hulusi Akar: “Rusiya Xarkova doğru irəliləyə bilər”

0
220

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında Rusiya-Ukrayna münaqişəsinə toxunub.

Rusiya və Ukraynanın fərqli mövqedə olduğunu bildirən Akar Rusiyanın Xarkova doğru irəliləyə biləcəyini vurğulayıb:

“Hərbi gedişata baxdıqda görürük ki, yaxın zamanlarda Odessa, Nikolayev və Donetsk bölgəsindən Xarkova doğru bir hərəkət ola bilər. Bu bir dəyərləndirmədir. Hadisələri izləyirik. Başlanğıcda eyni zamanda bir neçə cəbhədə döyüşlər getsə də, hadisələr sadələşdi və müəyyən istiqamətlərdə irəliləmələri görürük”.

Akar deyib ki, bir tərəfdə konvensional təhdid var, bu, açıq bir təhdiddir, fəqət, digər tərəfdə də nüvə riski var.