“Əvvəllər Quru Qoşunlarımızda iki komando briqadamız var idi, indi 17 komando komandamız var. Bu briqadaların hər biri həm ölkə daxilində, həm də sərhəddən kənarda fəaliyyət göstərir”.
“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.
“Yalnız öz haqlarımızı və maraqlarımızı qorumaq, müdafiə etmək üçün yox, həm də dostlarımızın və qardaşlarımızın haqlarını və hüquqlarını qorumaq üçün də çalışırıq”, – deyə Akar qeyd edib.
O vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələri və daxilindəki Türkiyə Quru Qoşunları tərəfindən beş ildə 13 uğurlu genişmiqyaslı əməliyyat həyata keçirilib.