Hulusi Akar: “Ermənistana deyirik ki, başqalarının suflyorluğu ilə hərəkət etməyin”

0
170

“Azərbaycan-Türkiyə birlikdə Ermənistana sülh əli uzatdılar. Biz hələ də bu sülh əlinin tutulmasını gözləyirik. Biz sülh istəyirik”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Konyada keçirilən “Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təlimləri çərçivəsində baş tutan brifinqdə deyib.

Onun sözlərinə görə, Türkiyə, Azərbaycan, Ermənistan barışığa girsələr, sonra Gürcüstan, İran, Rusiya da qoşulsa, Qafqazda sülh və sabitlik mühiti yaranacaq.

“Bu hər kəsin xeyrinədir. Bunu izah etməyə çalışırıq. Biz Ermənistana deyirik ki, özünüz olun, başqalarının suflyorluğu və gizlin gələn bəzi təkliflərilə hərəkət etməyin. Düşünürük ki, bu regionun şərtlərinə, coğrafiyasına uyğun hərəkət etsələr, regiona və özlərinə daha çox faydalı olar”, – deyə o bildirib.