Hulusi Akar: “Ermənistan tarix və beynəlxalq hüquq qarşısında cavab verəcək” – VİDEO

0
473

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ermənistanın Gəncədə və Azərbaycanın digər şəhərlərində mülki əhaliyə qarşı son hücumları ilə bağlı açıqlama verib.

H.Akarın çıxışı Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində dərc edilib.

“Ermənistan bu təcavüzkarlığı artıq adət halına gətirib. Ermənistan rəhbərliyi özbaşınalığını davam etdirir. Onlar nə beynəlxalq hüquqa, nə də insani dəyərlərə hörmət edirlər. Onlar həm tarix, həm də beynəlxalq hüquq qarşısında cavab verəcəklər”, – deyə H.Akar öz çıxışında söyləyib.