Hulusi Akar: “Can qardaşlarımızın haqlı mübarizəsində sonuna qədər bütün imkanlarımızla yanlarındayıq”

0
369

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Sarıqamış şəhidlərinin anım günü ilə bağlı açıqlama verib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.

“Sarıqamış hərəkatının 106-cı ildönümündə vətən, millət və bayraq uğruna canlarını fəda edərək şəhidlik mərtəbəsinə çatan qəhrəmanlarımızı rəhmət və hörmətlə yad edirik”, – deyə H.Akar bildirib.

Türkiyənin Milli Müdafiə naziri həmçinin öz mesajında Azərbaycan xalqına da təşəkkür edib:
“Sarıqamış şəhidlərini yad etdiyimiz bu anlamlı gündə “tək millət, iki dövlət” ifadəsinin gözəl bir nümunəsini nümayiş etdirən qardaş Azərbaycan xalqının Nargin adasında məcburi şəkildə saxlanılan mehmetçiklərimizə etdiyi yardımları hörmət və ehtiramla yad edirik. Biz də can qardaşlarımızın haqlı mübarizəsində sonuna qədər bütün imkanlarımızla yanlarındayıq, azərbaycanlı qardaşlarımızla kədərdə və sevincdə bir və bərabərik”.