Nigeriya sahillərində hücuma məruz qalan Türkiyəyə məxsus “Mozart” gəmisindən qaçırılan üç nəfər İstanbula gətirilib.
Onlar türkiyəli dənizçilər Furkan Yaren, İlhan Süha Tatlıgül və Bahadır Yeşilalandır.
Dənizçilər Qabonun paytaxtı Librevildən Türkiyə Hava Yollarına məxsus təyyarə ilə səhərə yaxın vətənlərinə çatıblar.
Xatırladaq ki, gəminin 19 heyət üzvündən 15-i girov götürülüb. Hücum zamanı azərbaycanlı mühəndis Fərman İsmayılov həlak olub.