Çinin “Huawei” korporasiyası ABŞ bölməsinin əməkdaşlarının kütləvi ixtisarına başlayıb.
İxtisarlar “Futurewei Technologies”in Vaşinqton, Kaliforniya və Texas ştatlarındakı əməkdaşlarına şamil ediləcək.
“The Wall Street Journal” nəşri yüzlərlə insanın işdən çıxarılacağını yazır.
Xatırladaq ki, mayın 17-də “Huawei” milli təhlükəsizliklə əlaqədar ABŞ-da “qara siyahı”ya salınıb.
Osakada keçirilən G20 sammitindən sonra şirkətə qarşı sanksiyaların tədricən aradan qaldırılması məsələsi gündəmə gəlib.