Hotellərin fəaliyyətindəki durğunluq növbəti ilə qədər davam edə bilər – VİDEO

0
279

Hotellərin fəaliyyətinə məhdudiyyət qoyulmasa da, aviareyslərin həyata keçirilməməsi ilə bağlı ölkəyə xarici turistlərin gəlməsi mümkün deyil.

Bu, öz növbəsində bütün turizm sektoruna, o cümlədən mehmanxanaların fəaliyyətinə öz təsirini göstərir.

Hotel direktoru Ramin Əliyevin sözlərinə görə, bu durğunluq ilin sonunadək davam edəcək:

“Pandemiya bitdikdən sonra insanlar daha ehtiyatlı davranacaqlar. Hotellər üçün ən önəmli zaman yay mövsümüdür. Amma hazırkı vəziyyət onu deməyə əsas verir ki, bu il üçün yay mövsümü itirilmiş sayılır. Hotellər də səyahətlərin ciddi axınını gözləmir. Əvvəlki axının bərpa olunması 2020-ci ilin sonu və 2021-ci ilin əvvəllərinə qədər çəkəcək”.

Yeri gəlmişkən, koronavirus hotellərin inkişaf prosesinə müsbət təsirini də göstərə bilib. Söhbət pandemiya ilə mübarizə üsullarının təcrübədən keçirilməsindən gedir. Artıq bütün hotellər istənilən infeksion yoluxma ilə mübarizə aparmağa hazırdır.