Honkonqda koronavirusdan ilk ölüm halı qeydə alınıb.
Bu barədə “South China Morning Post” nəşri yazıb. Bildirilib ki, xəstəxanada müalicə alan 39 yaşlı kişi dünyasını dəyişib.
Qeyd olunub ki, mərhum yanvarın 21-də sürət qatarı ilə Uhan şəhərinə gedib və iki gündən sonra Honkonqa qayıdıb. Simptomlar 31 yanvarda meydana gəlməyə başlayıb və o, dərhal xəstəxanaya müraciət edib. Daha sonra isə koronavirus onun Uhana getməyən anasında da aşkarlanıb.
Son məlumata görə, Honkonqda koronavirusa yoluxma ilə bağlı 15 fakt qeydə alınıb.