Homoseksual prezidentliyə namizəd oldu -Ərəb dünyasında ilk

0
543

Tunisdə keçiriləcək prezident seçkiləri tarixə düşə bilər.
Buna səbəb ərəb dünyasında ilk dəfə homoseksual birinin prezidentliyə namizəd olmasıdır.
Bu barədə açıqlama verən “Liberal partiyası”nın namizədi Münir Batur tez-tez ölüm hədələri ilə üzləşsə də, namizədlik üçün gərəkli olan 10 min imzanı topladığını bildirib.
92 yaşlı prezident Baci Kaid es-Sibsinin yerinə seçilmək istəyən Baturun seçimi qazanma şansı az olsa da, ölkədəki tabuların qırılması baxımından mühüm addımdır.
2013-cü ildə üç il həbs cəzası almış Baturun bu cəzasının namizədlik üçün mane olaraq istifadə olunub-olunmayacağı hələlik bəlli deyil.
Batur açıqlamasında LGTB haqları ilə yanaşı siyasi, iqtisadi, mədəni və sosial proqramlarının da olduğunu, maaşları yüksəltmək istədyini bildirib: “Tunis xalqı çoxluq olaraq namizədliyimə müsbət reaksiya verir. Qarşı olanlar da var, əlbəttə ki. Mən bütün fikirlərə hörmətlə yanaşıram. Namizəd olaraq bütün fikirlərə qarşı tolerant olmalıyam”.
Qeyd edək ki, Tunisdə müstəmləkəçilik zamanından qalma qanunlara görə, homoseksual münasibətlər qadağan idi və bu hal cinayət olaraq üç il həbslə cəzalandırılırdı