Hökumətin bu qərarından sonra TÜRK LİRƏSİ ÇÖKDÜ

0
185

Türk lirəsi hazırda 0,2% ucuzlaşaraq 1 ABŞ dolları üçün 29,47-dən ticarət olunur.

Bunu ticarət məlumatları sübut edir.

Bakı vaxtı ilə saat 20:46-a olan məlumata görə, türk valyutası enməyə başlayıb və bir ABŞ dolları üçün 29,4 lirəyə çatıb. Ucuzlaşma Türkiyə hökumətinin 2023-cü il üçün minimum əmək haqqını əhəmiyyətli dərəcədə – 49% artıraraq 17 002 lirəyə (578 dollar) çatdırmaq qərarı fonunda baş verib.

“Goldman Sachs” və “Morgan Stanley” investisiya banklarının analitikləri xəbərdarlıq edirlər ki, minimum əmək haqqının bu qədər əhəmiyyətli artımı Türkiyə Mərkəzi Bankını inflyasiyanın qarşısını almaq üçün pul siyasətini daha da sərtləşdirməyə məcbur edə bilər.

“William Blair İnternational” portfel meneceri Daniel Vud isə deyib ki, 2024-cü ildə Türkiyə aktivlərinin sağlam iqtisadi siyasətlərə sadiq qalacağı təqdirdə çox güclü artım potensialı var.

Vud qeyd edib ki, bundan əvvəl Türkiyə prezidenti inflyasiyanı cilovlamağa çalışdıqlarına görə Mərkəzi Bankın rəhbərlərini işdən çıxarıb. Lakin bu dəfə yüksək rütbəli məmurlar Ərdoğanın sərt inflyasiya siyasəti yürütməyə tam sadiq olduğunu bildiriblər.

MUFG Bank Türkiyənin xəzinədarlıq rəhbəri Onur İlgen də minimum əmək haqqının kəskin artmasının Türkiyədə əlavə inflyasiya təzyiqi yaradacağı barədə xəbərdarlıq edib.

Türk lirəsi bu il yalnız Argentina pesosundan sonra ən pis nəticə göstərən inkişaf etməkdə olan bazar valyutası olub. İlin əvvəlindən lirə dollara nisbətdə təxminən 36,5% ucuzlaşıb.