Hökumətdən bəyanat: Haftar soyqırım törətdi…

0
542

Liviyada qiyamçı Xəlifə Haftar muzdluları Tərhunə şəhəri və paytaxtın Qəsr Bin Qaşir bölgəsində soyqırım törədib.
Bu barədə Liviya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, qadın, uşaq və yaşlılar olmaqla, bütün ailə öldürülüb, cəsədləri su quyularına atılıb, həmçinin, bəzi insanlar əl və ayaqları bağlı formada canlı olaraq basdırılıb:
“Bunun adı soyqırımdır. Məsələ ilə məşğul olan nümayəndə heyəti axtarışlar apardıqca vəhşiliyin ən qəddarına şahid olur. Yüzlərlə insan kütləvi şəkildə basdırılıb. Bəzi şəxslər isə hələ də itkindir.
Liviya hökuməti olaraq Haftar muzdlularının törətdiyi cinayət əməlləri ilə bağlı beynəlxalq səviyyəli araşdırma aparılmasını tələb edirik. Bu cinayəti törədənlərin və dəstəkçilərinin cavab verməsini istəyirik”.