Hindistandan Ermənistana göndərilən silah-sursat – “The Times of India” detalları açıqladı

0
40

Ermənistan ABŞ və Fransa ilə birlikdə 2023-2024-cü maliyyə ilində Hindistanın müdafiə məhsullarının ən böyük idxalçıları sırasındadır.

Bu barədə “The Times of India” qəzeti yazıb.

Nəşrin yazdığına görə, Ermənistan son 4 ildə Hindistanla raketlər, artilleriya qurğuları, raket sistemləri, radarlar, zirehlər və gecəgörmə cihazları, eləcə də geniş çeşiddə döyüş sursatları və artilleriya mərmiləri almaq üçün bir neçə müqavilə bağlayıb.

Üstəlik, Ermənistan Hindistan istehsalı olan “Akaş” hava hücumundan müdafiə raketlərinin ilk xarici alıcısı olub. Bu müqavilələrin bəziləri Ermənistanla Azərbaycan arasında münaqişə zamanı imzalanıb.

Qəzet yazır ki, Hindistanın dövlət və özəl şirkətləri 100-ə yaxın ölkəyə geniş çeşiddə silah, sursat və komponentlər ixrac edir. Son bir ildə satışlar 2,6 milyard dollar təşkil edib.