Hindistanda koronavirus xəstələrinin olduğu hotel yandı: 7 ölü, 20-dək yaralı

0
609

 

 

 

Hindistanın Andhra Pradeş şəhərində COVID-19 xəstələri üçün xəstəxana kimi istifadə edilən “Svarna palas” otelində yanğın olub.

Yanğın nəticəsində azı 7 nəfərin öldüyü, 20-dək insanın xəsarət aldığı bildirilir. Xəsarət alanlar xəstəxanaya aparılıb.

Yanğın pasiyentlər arasında çaxnaşmaya səbəb olub, onlardan bir neçəsi həyatını xilas etmək üçün özünü binadan atıb. Ümumilikdə müəssisədə 22 pasiyent müalicə olunurdu.