Hindistanda fişəng hazırlanan evdə partlayış olub: Ölən və yaralananlar var

0
170
Fire in Shimla village.

Hindistanda fişəng və digər pirotexniki vasitələrin istehsalçısının evində baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb, 8 nəfər yaralanıb.

Hadisə Bihar ştatının Saran rayonunda baş verib.

Partlayış nəticəsində evin bir hissəsi dağılıb, qalan hissəsi isə alovlanıb.

İnsident zamanı yaralananlar xəstəxanaya çatdırılıb.

Dağıntılar altında insanların qala biləcəyi istisna edilmir.