.jpg)
Himalay dağında bir buzlağın qoparaq sürüşməsi və Dauliqanqa çayında daşqınlara səbəb olması faciə ilə nəticələnib.
Hadisə nəticəsində çayın üzərindəki hidroelektrik stansiyalarının işçilərindən 18 nəfər ölüb, 200-dən çoxu itkin düşüb.
Sel suları bir anbarı yıxaraq dərə boyunca axıb. Bölgədə aparılan axtarış-xilasetmə işlərində 25 nəfər xilas edilib.
Bölgədə dondurucu soyuğa rəğmən, fəlakətə səbəb olan buzlağın qopmasının niyə gerçəkləşdiyi araşdırılır.