Hindistanda daşqın zonasında 5 milyondan çox insan qaldı

0
597
Hindistanın şimal-şərqində yerləşən Assam ştatında 5 milyon insan güclü daşqın zonasında qalıb.
Daşqınlar artıq bir həftədir davam edən və sinoptiklərin proqnozlarına görə, hələ daha iki gün davam edəcək güclü musson yağışları nəticəsində əmələ gəlib.
Son məlumatlara görə, təbii fəlakət nəticəsində 11 nəfər həyatını itirib.
17 min insan hazırda qaçqınlar üçün nəzərdə tutulmuş müvəqqəti düşərgələrə yerləşdirilib. Daşqınlar ştatın 33 dairəsindən 22-ni əhatə edib. Üç min kənd və 87 min hektar kənd təsərrüfatı sahəsi su altında qalıb.
Təbii fəlakət həmçinin körpü və yollara ziyan vurub. Su birbuynuzlu kərkədanların yaşadığı məşhur Kaziranqa qoruğunu qismən batırıb.