Hindistanda 63 min insan daşqınlar zonasında qaldı

0
492
Hindistanın şimal-şərqindəki Assam ştatında 63 mindən çox insan daşqınlar zonasında qalıb.
Məlumata görə, artıq 143 kənd su basmış zonada qalıb və su altında qalan məntəqələrin sayı daim artır. Daşqınlara ötən bazardan davam edən güclü yağışlar səbəb olub.
Bildirilir ki, ölkənin bu hissəsinin ən böyük çayı Brahmaputrada suyun səviyyəsi kəskin artıb. Təbii fəlakət artıq ştatın 27 dairəsindən 8-ə ciddi zərər vurub. Hakimiyyət orqanları qaçqınların müvəqqəti yerləşdirilməsi üçün düşərgələr açır.
Leysan yağışlar və daşqınlar Assamda yollara və körpülərə də zərər vurub. Sinoptiklər yağıntıların hələ 5 gün davam edəcəyini bildirirlər.