Hindistan açıqladı: Bu silahdan Ermənistana 84 ədəd də satıb

0
119

Ermənistan artilleriya imkanlarını gücləndirmək üçün Hindistandan 155 milyon dollar dəyərində 155 mm çaplı 84 ədəd qabaqcıl artilleriya sistemi ATAGS alacaq.

Bu barədə “Army Recognition” internet portalı Hindistan mətbuatına istinadən yazıb.

ATAGS-in atəş məsafəsi 48 km-dir. O, Ermənistanın şəraitinə uyğun gəlir.

Xatırladaq ki, 2023-cü ildə Ermənistan 6 ədəd ATAGS alıb və Hindistan şirkətləri ilə MArG 155 özüyeriyən haubitsaların və “Akaş” hava hücumundan müdafiə sisteminin alınmasına dair daha bir neçə müqavilə imzalayıb.

Qəzet qeyd edir ki, Ermənistanın ATAGS-ı alması regionda artan gərginlik fonunda baş verir:

“Ölkə Azərbaycanın təhlükəsizlik çağırışlarına cavab olaraq silahlı qüvvələrini modernləşdirməyə çalışır. Bu sövdələşmə təkcə Hindistan və Ermənistan arasında müdafiə əlaqələrində vacib deyil, həm də Hindistanın beynəlxalq müdafiə bazarında əsas oyunçu kimi əhəmiyyətini göstərir”.