Himalay Kəşmirində yağan güclü qar 3 nəfərin ölümünə səbəb olub

0
454

Rəsmilər Himalay Kəşmirində yağan güclü qarın 3 nəfərin ölümünə səbəb olduğunu və regionu iflic vəziyyətinə saldığını bildirib.

Güclü qar bu mübahisəli bölgədə yolları bağlayıb, elektrik xətlərini sıradan çıxarıb və gərginliyə səbəb olub.

Mülki Məsələlər İdarəsindən Bəsər Xan Hindistan ordusu ilə işləyən iki gözətçinin Pakistanın nəzarətində olan Kəşmirlə həmsərhəd Kupvara bölgəsində dərin bir dərəyə düşdüyünü bildirib. O, cəsədlərin çıxarılması üçün səylərin davam etdiyini deyib.

Rəsmilər elektrik şəbəkəsində işləyən başqa bir nəfərin bölgənin əsas şəhəri Srinagarda kəsilmiş elektrik enerjisini bərpa etməyə çalışarkən dirəkdən düşərək öldüyünü bildirib.

Qar bölgə iqtisadiyyatının əsas dayağı olan alma ağaclarına böyük zərər vurub.

Kəşmirin düzənlik bölgələrində qar nisbətən mülayim olsa da, yüksəkliklərdə yağan güclü qar səbəbindən uçuşlar dayandırılıb.

Hindistan Hava Yolları rəsmisinin bildirdiyinə görə, cümə axşamı Srinagar aeroportuna gələn və gedən bütün uçuşlar ləğv edilib.