Hikmət Hacıyev Türkiyəyə səfərə gedib

0
398

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyəyə səfərə gedib.

O, İstanbul şəhərində keçirilən 21-ci Beynəlxalq Strateji Kommunikasiya Forumunda iştirak edir.

H.Hacıyev tədbirdə “Qarabağ: bir zəfərin kommunikasiyası” mövzusunda çıxış edəcək.

Bu gün İstanbulda başlayan forumda dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələri, şirkət təmsilçiləri, mütəxəssislər iştirak edirlər.

Toplantıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın videomüraciəti səsləndiriləcək.

Forum iki gün davam edəcək