Hikmət Hacıyev israilli həkimlərə təşəkkür etdi

0
323

İsraildən olan həkimlər briqadasına, həmçinin İsrail səfirliyinə yaralı əsgər və zabitlərimizə oftalmologiya sahəsində göstərdiyi tibbi yardıma görə minnətdarıq.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında bəyan edib.

O, bunun ölkələrimiz arasında dostluq münasibətlərinin bir nişanəsi olduğunu deyib.

Hikmət Hacıyev həmçinin İsrailin Azərbaycandakı səfiri Corc Dik və İsraildən ölkəmizə humanitar həkim heyətinin gəlməsinin təşəbbüskarı olan “YAŞAT” Fonduna da təşəkkürünü bildirib.

“Bir insanı xilas edən bütün insanlığı xilas etmiş olur”, – deyə o, vurğulayıb.