
“Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına sonuncu müsahibəsində ölkənin ictimai-siyasi, iqtisadi həyatında duran münasibətlər barədə danışdı. Eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə əlaqədar media nümayəndələrinin suallarını cavablandırıb”.
Bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
O bildirib ki, Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının təşkil edəcək məsələlər potensial sülh müqaviləsinin imzalanmasından keçdiyini qeyd etdi.
Hikmət Hacıyev deyib ki, Azərbaycan Ermənistan tərəfindən cavab gözləyir:
“Ermənistan regionda yaranan yeni geosiyasi reallığı düzgün qiymətləndirməlidir və bundan nəticə çıxarmalıdır”.