Heyvanları xilas etmək istərkən özü yandı

0
465
Saatlı sakini yanğın zamanı xəsarət alıb. Hadisə rayonun Qaranuru kəndində baş verib.
Belə ki, kənd sakini, 1978-ci il təvəllüdlü Məmmədov Ramiz İsa oğlu yanğın zamanı ot tayasının yaxınlığında bağlanmış iribuynuzlu heyvanların kəndirini açmaq istəyib.
Elə bu zaman müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
R.Məmmədov Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır