Heyvanın müalicəvi xüsusiyyətləri. FAYDALI RESEPTLƏR

0
265

Heyva müxtəlif və çox dadlı kompotların, mürəbbələrin, cemlərin hazırlanmasında geniş istifadə olunur. Həmçinin heyva çox faydalı müalicəvi məhsuldur.

Heyvanın tərkibində bir çox faydalı maddələr var – pektinlər, orqanik turşular, efir yağları, dəmir, mis, B qrupu, C vitaminləri, A provitamini (orqanizmdə A vitamininə çevrilir).

– Heyva təbii sakitləşdirici məhsuldur. Stress, gərginlik zamanı heyva kompotu və ya heyva şirəsi (yarıbayarı alma, kök şirəsi ilə qarışdırın) çox yaxşı kömək edə bilər.

– Heyva bağırsaqları yaxşı “yığır” və bu səbəbdən bağırsaq infeksiyaları, ishal zamanı çox yaxşı kömək edir. Heyvadan belə dəmləmə hazırlamaq olar – 1 orta ölçüdə heyvanı yaxşı yuyun, təmizləyin, blenderdən keçirin. Kütləni kiçik termosa töküb üzərinə 1 stəkan qaynar su əlavə edin və 1 saat ərzində dəmləyin. Sonra dəmləməni süzün və gün ərzində için.

– Belə dəmləmə həmçinin damaqları möhkəmləndirir, damaqların qanamasını azaldır. Bu dəmləməni xroniki tonzillit (angina) zamanı müalicəvi vasitə kimi istifadə etmək olar (kəskinləşmə dövründə yox!). Bu dəmləmə ilə boğazınızı qarqara edin.

– Heyva dəmləməsi babasil zamanı da islatmalar şəklinə istifadə oluna bilər. Pambıq parçanı bu dəmləmədə isladın və babasil düyünlərinin üzərinə qoyun.

– Heyva virus və iltihabəleyhinə təsirə malikdir. Soyuqdəymə və qripp zamanı heyvadan müalicəvi çay hazırlamaq olar. Orta ölçüdə olan heyvanı xırda doğrayın və üzərinə 1 stəkan qaynar su əlavə edib termosda 1 saat ərzində dəmləyin. Daha sonra çayı süzün, bıcağın ucunda darçın və zəncəfil tozu və 1 çay qaşığı bal əlavə edin. Bu çayı gün ərzində 2-3 fıncan olmaqla için.

– Adətən heyvanı təmizləyərkən, biz onun iç hissəsini atırıq. Lakin bu iç hissəsindən çox təsirli təbii dərman hazırlamaq olar. Heyva toxumlarının dəmləməsi çox yaxşı iltihabəleyhinə və bəlğəmgətirici vasitədir. 1 xörək qaşığı heyva toxumlarını 1 stəkan qaynar suda 1 saat ərzində dəmləyin, süzün və gündə 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla qəbul edin.

– Heyva yarpaqlarının və toxumlarının (birlikdə) dəmləməsi sidikqovucu təsir edir, ödemləri azaldır.